Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub. “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezidentə məlumat verib.
Pravda.az xəbər verir ki, Prezident Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət edib.
Həmin söhbəti təqdim edirik:
Prezident İlham Əliyev: Salam, necəsən?
Sakin: Sağ olun, yaxşıyam.
Prezident İlham Əliyev: Sənin evindir?
Sakin: Bəli. Yeni abadlaşdırılmış Ramana kəndimizə xoş gəlmisiniz. Hər zaman Siz gələsiniz.
Prezident İlham Əliyev: Çox sağ ol.
Sakin: Gördüyünüz bu evdə şəhid əmim Allahverdi Allahverdiyev qalıb.
Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsi şəhidi?
Sakin: Bəli, Birinci Qarabağ müharibəsinin veteranı Fərzəli Fərzəliyev babamdır, əmim də var Namiq Allahverdiyev, o da müharibə veteranıdır.