Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Pravda.az-ın məlumatına görə, erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların icrasının praktiki aspektlərinin müzakirəsi davam etdirilib.