Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur, buna son qoyulmalıdır” - Prezident

935
Paylaş:
“Siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur, buna son qoyulmalıdır” -     Prezident

“Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev deyib.

“Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaq” – dövlət başçısı vurğulayıb.

Paylaş:

Ən son xəbərlər