Bu gün geosiyasi reallıqlar dəyişib.
Pravda.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.
Səfir geosiyasi reallıqların dəyişməsinə səbəb kimi, Rusiyanın Ukraynaya hücumunu göstərib.
Türkiyəli diplomat İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesinə də toxunub.