Britaniya Parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Tom Tuqendhat hakim Mühafizəkarlar Partiyasının lideri və nəticədə Boris Consonun istefasından sonra Böyük Britaniyanın Baş naziri postuna namizədliyini irəli sürmək niyyətini rəsmi olaraq elan edən ikinci siyasətçi oldu.
Bu barədə deputat “The Daily Telegraph” qəzetində dərc edilən məqaləsində yazıb:
“Fəaliyyətimiz xalqın xidmətçi kimi britaniyalıların maraqlarına uyğun olmalıdır. Mən əvvəllər silahlı qüvvələrdə xidmət etmişəm, indi isə parlamentdə xidmət edirəm. İndi ümid edirəm ki, Baş nazir kimi bunun öhdəsindən gələcəyəm. Yeni başlanğıc vaxtıdır”.