Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsinin Bakı şəhərində keçirilən sessiyasında müzakirə olunacaq məsələlər açıqlanıb.
Diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi keçirilir
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.
“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsinin Bakı şəhərində bu gün işinə başlayan sessiyası çərçivəsində Azərbaycanın xarici siyasətinin prioritet məsələləri, habelə regional və qlobal gündəliyin aktual mövzuları müzakirə olunacaq”, - nazir qeyd edib.