BURADA REKLAMINIZ OLA
BİLƏR

Fələstin və İsrail liderləri arasında telefon danışığı oldu

Fələstin və İsrail liderləri arasında telefon danışığı olub.


Pravda.az xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.


Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas Yair Lapidi Baş nazir postuna gəldiyi üçün təbrik edib, Lapid isə Mahmud Abbası Qurban Bayramı münasibətilə təbrik edib.


Mahmud Abbasın həmçinin İsrail Prezidenti İsaak Herzoqla da telefon danışığı olub. Tərəflər ABŞ Prezidentinin gələn həftə İsrailə səfərini müzakirə ediblər.


Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin gələn həftə İsrailə və İordan çayının qərb sahilinə səfəri öncəsi təhlükəsizlik məsələlərinin koordinasiyasını müzakirə etmək üçün müdafiə naziri Benni Qantz iyulun 7-də Ramallahda Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşüb.


Müdafiə nazirinin ofisindən verilən açıqlamada, Qantz və Abbas arasındakı görüşün müsbət atmosferdə keçdiyi qeyd olunub.


APA

Tarix: 8 İyul 2022, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin