Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Dövlətin, xalqın malını yeyəndə, dağıdanda bilmirdilər ki, sonu belə olacaq?” – Hafiz Hacıyev

1 054
Paylaş:
“Dövlətin, xalqın malını yeyəndə, dağıdanda bilmirdilər ki, sonu belə olacaq?” –     Hafiz Hacıyev

“Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalova verilən 12 illik həbs cəzası azdır. Gərək daha çox veriləydi, çünki o, xalqın malını talan edib, yeyib, dövlət başçısının etimadını isə qulaq ardına vurub. Hər halda yenə də ədalətli qərardır, ancaq qeyd etdiyim kimi azdır. Bu gün, ümumiyyətlə, elələri çoxdur.”

Bunu Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev də layiqli cəzasını almalıdır: “Qanun hər kəs üçün qanundur. Cinayət törədən hər bir şəxs layiqli cəzasını almalı və heç kimə güzəşt olunmamalıdır. Müddət 12 ildirsə, getsin 12 ilini çəksin. Bu şəxslər dövlətin, xalqın malını yeyəndə, dağıdanda bilmirdilər ki, sonu belə olacaq? Cənab Prezident haqlı iş görür. Çalışacağıq ki, bu məsələlərdə köməklik edək. Dövlət başçısının əleyhinə orada-burada pıçı-pıçı danışan müəyyən vəzifələrdə olan adamlar var. Bu insanlar Prezidentin adına “minus” gətirirlər”.

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər