VI çağırış Milli Məclisin Sədri Sahibə Qafarovanın, sədrin birinci müavini Əli Hüseynlinin, müavinlər Adil Əliyev və Fəzail İbrahimlinin maaşlarının miqdarı açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, parlamentin sədri Sahibə Qafarova 2475 manat, sədrin I müavini Əli Hüseynli 2227 manat, Milli Məclis sədrinin müavinləri Adil Əliyev və Fəzail İbrahimli 2103, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, Tahir Mirkişili, Sadiq Qurbanov, Qənirə Paşayeva, Tahir Rzayev, Hicran Hüseynova, Musa Quliyev, Siyavuş Novruzov, Bəxtiyar Əliyev, Əhliman Əmiraslanov, Səməd Seyidov 1980 manat, komitə sədrinin müavinləri Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Tahir Kərimli, Asim Mollazadə, Əli Məsimli, Sabir Hacıyev, Məlahət İbrahimqızı, Rəşad Mahmudov, Jalə Əliyeva, Şahin İsmayılov, Sahib Alıyev, Elşən Musayev, Musa Qasımlı, Fazil Mustafa, Sevinc Fətəliyeva 1 856, sıravi deputat isə 1732 manat maaş alacaq.