“Bakı Qida və Yağ Fabriki” MMC-yə cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.