Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Tanınmış dövlət xadimi və siyasətçi həbs edildi

950
Paylaş:
Tanınmış dövlət xadimi və siyasətçi həbs edildi

İranın tanınmış siyasətçisi və dövlət xadimi Mustafa Tacızadə həbs edilb.

Onun həbs edildiyini həyat yoldaşı Fəxrosadat Mötəşəmpur təsdiqləyib.

Məlumata görə, o, iyulun 8-də axşam saatlarında məhkəmənin qərarı ilə həbs olunub. Tacızadə İranın “milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə” və “yanlış icitmai rəy yaratmaqda” ittiham olunur.

Qeyd edək ki, Mustafa Tacızadə 1956-cı il noyabrın 22-də Tehranda anadan olub. İran İslam İnqilabı Mücahidləri təşkilatının üzvü olub. O, İran Milli Cəbhə Partiyasının rəhbərlərindən sayılır.

Məhəmməd Xatəmin prezidentliyi dönəmdə İranın daxcili işlər naziri, Prezidentin müşaviri vəzifəsini icra edib. 2009-cu ildən 2016-cı ilədək azadlıqdan məhrum edilib və Tehranda Evin həbsxanasında saxlanılıb.

Mustafa Tacızadə hakimiyyətdaxili islahatçı xəttin liderlərindən sayılır, İran Jurnalistlər Birliyinin üzvüdür.

Mənbə: Report

Paylaş:

Ən son xəbərlər