“Ramil Həsən 91 saylı Ucar seçki dairəsini Milli Məclisdə təmsil edir. Bayramla əlaqədar aztəminatlı təbəqənin nümayəndələrinə qurban payları təqdim edib. Bu hissəsi çox yaxşıdır. Amma deputatın “Facebook” səhifəsinə daxil olduqda adam dəhşətə gəlir. Az qala bütün dünyaya car çəksin ki, 5-10 nəfərə 2 kilo ət vermişəm. Ayıb deyilmi?! O insanların şəkilin çəkəndə heç utandınızmı?! Yaxşılığı məgər siz reklama görə edirsiniz?!”.
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.