Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq üçün siyasi iradə və real addımlar lazımdır.
Pravda.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində deyib.
O, iki ölkənin xüsusi nümayəndələr təyin etdiyini, şərt irəli sürmədən ölkələrin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına yönəlik proseslə bağlı 4 görüşün keçirildiyini xatırladıb.