Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Razi Nurullayev: “Xəstələnmişəm, yataq rejimindəyəm”

1 299
Paylaş:
Razi Nurullayev: “Xəstələnmişəm, yataq rejimindəyəm”

“Hazırda xəstələnmişəm və yataq rejimindəyəm. Dünən axşam COVID-19-la bağlı test vermişəm və cavabını gözləyirəm. Çox ağır bir gecə keçirmişəm”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

R.Nurullayev qeyd edib ki, son zamanlar bir çox insanlar xəstələnməyə başlayıb və buna görə də cəmiyyətdə narahatlıq var: “Xəstəliyin mənbəyi isə bilinmir. Bilmirsən ki, kim bunu süni şəkildə yayır... Kimsə dünyanı məhv etmək üçün yarışamı girib, yoxsa dünya ölkələrində insanların sayını azaltmaq uğrunda mübarizəmi gedir... Hər nədirsə, bu, ölkəmizdən qaynaqlanmır. Ölkəmiz də dünyada gedən ədalətsiz yarışmanın və ya hansısa siyasətin qurbanlarından biridir”.

Leyla Yusubov

Paylaş:

Ən son xəbərlər