BURADA REKLAMINIZ OLA
BİLƏR

Maska rejimi qayıtdı

Dünyada son üç həftədir ki, koronavirusun yenidən yayılması müşahidə edilir.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda koronavirusun azı 110 ölkədə artdığını bildirir.

 

Bu səbəbdən də, bir neçə ölkə yenidən koronavirus əleyhinə tədbirlərə qayıdır.

 

Beləliklə, Kipr Respublikasında iyulun 8-dən ictimai yerlərdə 12 yaşından böyük hər kəs mütləq qaydada maskadan istifadə etməlidir. Sözügedən qərar mayın 31-i ləğv olunmuşdu.

 

Bununla yanaşı, Pakistanda da iyunun 28-dən daxili aviareyslərdə maska taxmaq tələbi qüvvəyə minib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Qətərdə də COVID-19-a yoluxma sayının artması səbəbindən qapalı yerlərdə maska taxmaq məcburi olub.

 

Qafqazinfo

Tarix: 9 İyul 2022, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin