Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilərmi? – “Xəstəliklər yayılırsa, deməli, narahatlıq var”

761
Paylaş:
Azərbaycanda karantin rejimi sərtləşdirilə bilərmi? –       “Xəstəliklər yayılırsa, deməli, narahatlıq var”

“Azərbaycanda xəstəliklər yayılan zaman hədəfdə olan qurumlar Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olur. Təbii ki, sabah xəstəliklərin, yoluxmaların sayı artdıqda insanlar səhiyyə sisteminə cavabdeh olan qurumları günahlandıracaqlar. Bunu başa düşmək olar. Dərman tapılmayanda, həkimlərin vaxtı olmyanda, xəstəxanalarda çarpayıların sayı çatışmayanda və s. bu kimi problemlər yarananda insanlar narazı qalacaqlar, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini tənqid etməyə başlayacaqlar. Ona görə bu qurumlar qabaqlayıcı tədbir olaraq insanlara çağırışlar edirlər. Dövlətin rəsmi qurumları belə çağırış edirsə, diqqətlə qulaq asmaq və əməl etmək lazımdır. Tövsiyə edərdim ki, hər kəs özünü, yaxınlarını qorusun və dövlətin bu sahədə olan çağırışlarına qulaq assın. Xəstəliklər yayılırsa, deməli, narahatlıq var. Ona görə də dövlət orqanları insanlara xəbərdarlıq edir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat koronavirusun yeni dalğasının başlayacağı təqdirdə qapanmalara getməyin faydasız olduğunu bildirib: “Düşünürəm ki, qapanma kimi qabaqlayıcı tədbiri görmək xəstəliklərin qarşısını almır. Xəstəlik yayılırsa, davam edəcək. Qabaqlayıcı tədbir kimi insanlar, sadəcə olaraq, özlərini qorumalı və müalicələrinə diqqət etməlidirlər, yəni bunu yalnız həkimlərin üzərinə atmaq düzgün deyil. İnsanlar bilməlidirlər ki, onlar hansı dərmanlar, hansı təbii vasitələrdən istifadə etməlidir. Yenidən qapanmaya getmək lazım deyil, çünki bu iqtisadiyyatımızı çökdürür və iş yerlərinin sayını azaldır. Nəticədə isə insanlar çox ağır vəziyyətlə üzləşirlər. Əsas məsələ iqtisadiyyatı məhdudlaşdırmaq, sərhədləri bağlamaq, özümüzü qapatmaq deyil, pandemiya şəraitində yaşamağı öyrənmək və bu istiqamətdə inkişaf etmək lazımdır”.

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər