““Ermənistan” və “erməni” sözləri ilə sülh sözü bir araya sığmayan məfhumlardır. Bunlar bir-biri ilə 180 dərəcə əks qütblərdə dayanır. Erməni olan yerdə heç vaxt sülh, barışıq, səmimiyyət olmur, düşmənçilik, qisasçılıq, işğalçılıq, xəyanətkarlıq, xainlik olur. Bu mənim fikrim deyil, tarix sübut edib. Ermənilər heç vaxt sülhə çağırış etmir, sülhə çağırış edən bizik. Cənab Prezident bütün beynəlxalq səviyyəli, respublika əhəmiyyətli tədbirlərdə Azərbaycanın mövqeyini bəyan edib və bildirib ki, artıq müharibə bitib, qonşularla sülhdən, əməkdaşlıqdan, barışıqdan danışmalıyıq. Ancaq ermənilər bunların heç birinə əməl etmir, hərəkətləri, təxribatları, bəyanatları bir daha sübut edir ki, heç bu niyyətdə də deyillər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, Ermənistan indi də Azərbaycana, hətta Türkiyəyə qarşı olan ərazi iddialarından, düşmənçilikdən, işğalçılıq siyasətindən əl çəkmir: “Kimsə desə ki, onların təxribatlarının ardı-arası kəsiləcək, xeyr, kəsilməyəcək... Azərbaycan ərazisindən Ermənistana məxsus qeyri-qanuni silahlı birləşmələrin hamısı təmizlənməyənə, Azərbaycan ərazisində olan separatçı, terrorçu “Artsax” adlanan qurum tamamilə məhv olmayana, cinayətkarlar cəzalarına almayanadək təxribatlar davam edəcək. Təbii ki, ermənilər bu təxribatları özbaşına etmirlər. Onlar tarixin bütün dövrlərində vasitə, maşa olublar, idarə olunublar. Onlara həm Cənubda, həm Şimalda, həm də Qərbdə vəd verən müəyyən himayədarlar var. Həmin himayədarlara arxayın olub, başlarından böyük qələtlər edirlər. Ancaq bu dəfə etdikləri onların başında elə çatlayacaq ki, artıq Ermənistan adlı dövlətin mövcud olub-olmaması məsələsi gündəmə gələcək. Müharibənin olmasını istəmirik, amma hər zaman hazırıq, çünki ən yaxşı müdafiə hücumdur. Murdar qonşumuzun xislətini, xasiyyətini bilərək həmişə müharibəyə, döyüşə hazır olmalıyıq. Ermənistan tərəfi bu günədək 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın, ondan sonra həm Rusiya, həm də Avropa İttifaqı ilə olan digər üçtərəfli görüşlərin və bu görüşlərdə qəbul olunan qəraların, sənədlərin maddələrini yerinə yetirməyib. Belə görünür ki, bunu etmək fikirləri də yoxdur. Biz məsələni artıq qəti qoyacağıq, Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də olmayacaq və Azərbaycan ərazisindən separatçı cinayətkarlar, qeyri-qanuni silahlı birləşmələr təmizlənəcək. Azərbaycanın buna imkanları var. Ermənilər və onların himayədarları Azərbaycanın güc tətbiq edib bu işləri görməməsi üçün yaxşı fikirləşib, nəticə çıxarmalıdırlar. Əks təqdirdə “dəmir yumruq” Yerevanda təpələrini əzəndə ağılları başlarına gələcək”.
Leyla Yusubova