Bakının Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında, Azər Manafov küçəsi 15 ünvanında avtobus dayanacağını qarpız dolu “QAZel” markalı nəqliyyat vasitəsi zəbt edib.
Sakinlərin Pravda.az-a bildirdiyinə görə, həmin nəqliyyat vasitəsi avtobusların dayanacağa yaxınlaşmasına əngəl yaradır.