Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən şairə Nazilə Səfərlinin işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirilib.
DİN Nazilə Səfərli ilə bağlı məlumat yaydı
Pravda.az-a daxil olan məlumatda bildirilib ki, Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil və həqiqəti əks etdirmir. Belə ki, N.Səfərli bir neçə nəfər şəxslə birgə daxil olmuş müraciət əsasında məlumatları portala əlavə edilməklə tam qanuni şəkildə səfər edib.