“Kəlbəcərə qanunsuz səfər etdiyim iddia edilir. Xeyr. Həm özüm, həm də avtomobilim portalda qeydiyyatdadır”.
Pravda.az-ın xəbərinə görə, bunu şairə Nazilə Səfərli deyib.
“Kəlbəcərə qanunsuz səfər etdiyim iddia edilir. Xeyr. Həm özüm, həm də avtomobilim portalda qeydiyyatdadır”.
Pravda.az-ın xəbərinə görə, bunu şairə Nazilə Səfərli deyib.
“Kəlbəcərə qanunsuz keçmək mümkün də deyil. 4 post keçmişəm. Qanunsuz getmişəmsə, niyə buraxıblar? Saxta xəbərlər yayanlardır qanunsuzlar" - N.Səfərli qeyd edib.
Qeyd: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən şairə Nazilə Səfərlinin işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirilib. Qeyd olunub ki, Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil və həqiqəti əks etdirmir. Belə ki, N.Səfərli bir neçə nəfər şəxslə birgə daxil olmuş müraciət əsasında məlumatları portala əlavə edilməklə tam qanuni şəkildə səfər edib.
Kənan