Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda çoxmərtəbəli yaşayış binası yandı

886
Paylaş:
Bakıda çoxmərtəbəli yaşayış binası yandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarından birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Həyata keçirilən çevik və operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Paylaş:

Ən son xəbərlər