Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Koreyaya məxsus təyyarə Bakıya qəza enişi etdi

755
Paylaş:
Koreyaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Heydər Əliyev Beynəlxalq Aeroportunda Koreyanın “Korean Air” aviaşirkətinə məxsus təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan edilib.


Aeroportdan Pravda.az-a verilən məlumata görə, aviaşirkətin İstanbul-Seul reysini həyata keçirən "Airbus A330" təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.


Elan edilmiş həyəcan siqnalı ilə əlaqədar Bakı aeroportunda bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.


Hazırda hava gəmisinə baxış keçirilir və baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.

Paylaş:

Ən son xəbərlər