Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Supermarketin dayanacağında atışma olub, ölənlər var

1 508
Paylaş:
Supermarketin dayanacağında atışma olub, ölənlər var

ABŞ-da Viskonsin ştatının Miluoki şəhərində supermarketin dayanacağında baş verən atışma nəticəsində azı iki nəfər ölüb.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən Fox News telekanalı məlumat yayıb.

İnsident yerli vaxtla saat 10:25-də (Bakı vaxtı ilə 19:25) baş verib. Qeyd olunub ki, supermarketin dayanacağındakı atışmadan əvvəl mağazanın daxilində silah səsləri eşidilib.

Atışma nəticəsində şəxsiyyəti məlum olmayan bir kişi, həmçinin supermarketin mühafizəçilərindən biri həlak olub. Hazırda hadisənin təfərrüatları barədə məlumat verilmir. Polis araşdırma aparır.

Report

Paylaş:

Ən son xəbərlər