Azərbaycanın İtaliyadakı səfirliyi koronavirus təhlükəsi ilə əlaqədar İtaliya Respublikası ərazisindəki Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Pravda.az-ın xəbərinə görə, Azərbaycanın İtaliyadakı səfirliyi İtaliya ərazisində olan bütün Azərbaycan vətəndaşlarından ölkədə baş verən epidemioloji vəziyyətlə bağlı İtaliya hökumətinin qəbul etdiyi qayda və tövsiyələrə ciddi əməl etməyi xahiş edir.
Bildirilib ki, İtaliya ərazisində koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar olaraq, virusun daha geniş ərazilərə nüfuz etməsinin qarşısının alınması məqsədilə martın 9-da İtaliya hökuməti tərəfindən əlavə təxirəsalınmaz və preventiv tədbirlərin görülməsini nəzərdə tutan yeni qərar qəbul edilib.
Qərar Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanıb.
Yeni qərara görə, martın 10-dan başlayaraq aprelin 3-nə qədər bütün İtaliya ərazisi “qapalı zona” elan olunur və virusun ilk olaraq yayıldığı “qırmızı zona”: Lombardiya regionu və digər 14 əyalətə tətbiq olunan aşağıdakı ciddi qayda və məhdudiyyətlərin bütün ölkə ərazisinə münasibətdə tətbiq olunması nəzərdə tutulur:
- İş xarakterli və ya sağlamlıq vəziyyəti ilə əlaqədar olanlar istisna olmaqla, giriş və çıxışın qadağan olunması. Zəruri ərzaq məhsullarının alınması məqsədilə hər ailədən yalnız bir nəfərin evdən çıxmasına icazə verilməsi, maksimum çox vaxt ərzində evdə qalmağa üstünlük verilməsi,
- Virusa yoluxmuş bütün şəxslər üçün məcburi və ciddi karantin rejiminin tətbiq olunması,