Avropa İttifaqının səhiyyə agentlikləri Avropada COVID-19-a yoluxma hallarının artması və xəstəxanaya yerləşdirmələrdə yeni artım fonunda 60 yaşdan yuxarı hər kəs üçün ikinci buster dozanın vurulmasını tövsiyə edəcəklər.
Pravda.az xəbər verir ki, bu barədə Avropa İttifaqının səhiyyə komissarı Stella Kiriakides bildirib.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinə (ECDC) və Avropa Dərman Agentliyinə (EMA) istinad edən komissar Stella Kiriakides, "Bu gün ECDC və EMA ən həssas insanları qorumaq üçün əlavə gücləndirici tövsiyə edəcək", - deyə bildirib.