BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğanla Paşinyan telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan telefonla danışıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

N.Paşinyan Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Ermənistanın Baş nazirini qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.

 

Bildirilib ki, liderlər iki ölkə arasında münasibətlərin nizamlanması prosesinin vacibliyini vurğulayıblar.

 

Tərəflər iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini söyləyiblər.

 

 

 

Tarix: 11 İyul 2022, 16:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin