Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Evdən çıxanda mütləq maska taxılmalıdır – TƏBİB

944
Paylaş:
Evdən çıxanda mütləq maska taxılmalıdır –     TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə xaricindən gələnlər üçün 14 gün müddətində etməli olduqları qaydaları açıqlayıb.

TƏBİB-dən Pravda.az-a verilən məlumata görə, ölkə xaricindən son 14 gün ərzində gələnlər buradakı ilk 14 günlərini evdə keçirməlidirlər.

Həmin şəxslərin olduqları məkan tez-tez havalandırılmalıdır: "Mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalı, əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır. Soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng edilməlidir”.

Paylaş:

Ən son xəbərlər