Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Elvin intihar edən axırıncı qazimiz olsun” - Pənah Hüseyn

955
Paylaş:
“Elvin intihar edən axırıncı qazimiz olsun” -     Pənah Hüseyn

“Hələ də qazi Elvin Cəfərovun faciəli ölümünün təsiri altındayam. Ən ağırı odur ki, çoxları bilirmiş ki, qazi icra hakimiyyətinin özünə və digər qazi yoldaşlarına münasibətinə etiraz olaraq özünü yandıracaq, faciənin qarşısın almaq üçün heç nə edilməyib. Yaxınlarına başsağlığı verirəm. Canına qıymasına səbəb olan qatillərə (başqa ad vermək olmaz!) nifrətimi, qəzəbimi, hiddətimi ifadə edirəm, cinayətkarları cəzalandırmaq əvəzinə, rayona  dəfn yerinə güc göndərənlərə etirazımı bildirirəm”.

Pravda.az xəbər verir ki, bunu Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn bildirib.

“Əziz qazilər, qoy Elvin intihar edən axırıncı qazimiz olsun. Necə  düşmənə qarşı döyüşmüsünüz, içimizdəki haqsızlara qarşı elə mübarizə aparın, döyüşün. Bizlər də əsgərləriniz. Allah sizi qorusun!” – P.Hüseyn əlavə edib.

Kənan

Paylaş:

Ən son xəbərlər