Bakının Yasamal rayonu ərazisində Azərbaycan bayrağının ayaqlar altına atıldığına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Pravda.az-a Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, fotolardakı bayraq deyil, şişirdilmiş batut olub: "Yayılan məlumatlar əsassızdır. Bu, parkdakı batutdur. Onun şişirdilmiş formasına da baxa bilərsiniz. Bayraqdan söhbət gedə bilməz".