“Premium markalı (Aİ-95) benzinin qiymətinin ciddi şəkildə (25 %) bahalaşmasının iqtisadi əsaslandırılmasının nə dərəcədə səmimi və obyektiv olduğunu bir kənara qoyaq... Bu məsələdə əmin olduğum başqa bir həqiqət var: Kimlərsə yollarda fərdi avtomobillərin sayının artmasının qarşısını həm də bu üsulla – yanacağı bahalaşdırmaqla almaq istəyirlər. Bu, yanlış yanaşmadır”.
Pravda.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.