Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Xalq artisti: "Dövlət yenidən sərt qapanmalarla bağlı qərar qəbul edərsə, riayət etməli olacağıq"

790
Paylaş:
Xalq artisti: "Dövlət yenidən sərt qapanmalarla bağlı qərar qəbul edərsə, riayət etməli olacağıq"

“Azərbaycanda birinci dəfə sərt karantin rejimi tətbiq ediləndə insanlar koronavirusa yoluxmasın deyə hər yerdə qapanmalar var idi. Dövlət insanların COVID-ə yoluxmaması və xəstəliyin qarşısının alınmasını haqqında düşünürdü. Biz nə qədər depressiya, stress keçirsək də, evdən bayıra çıxmasaq da, bunu normal qəbul edirdik. İndi yenidən sərt qapanma olsa, çətin olacaq".
 

Bunu Pravda.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib.
 

Xalq artisti bildirib ki, o, Azərbaycanda yenidən sərt qapanmaların olacağına inanmır. : “Sadəcə, insanların özlərini qoruması üçün müəyyən qapanmalar ola bilər. Allaha yalvarıram ki, bu hal yenidən olmasın, çünki o qədər depressiya keçirdik, işdən, sənətdən ayrı düşdük. Bundan əlavə də həm psixoloji, həm də mənəvi cəhətdən çox pis oluruq və bizə təsir edir. Əvvəl yaşadığımızı yenidən yaşamaq çox çətin olacaq. Hər halda dövlətin qanunları var, riayət etməyə məcburuq. Dövlət yenidən sərt qapanmalarla bağlı qərar qəbul edərsə, biz ona riayət etməli olacağıq. Ay Allah, təki o sərt qapanmalar yenidən olmasın!...”

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər