““Bakı Metropoliteni” QSC metropolitendə gediş haqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Tənzimləmə Azərbaycan Respublikasının Tarif Şurasının səlahiyyətinə daxildir”.
Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd olunub ki, “Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir: “Bununla belə, gediş haqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə “Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb”.
Aytəkin Qardaşova