Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Qazilər Abid Qafarovun həbsi barədə: Bu adam fars obrazında aktyordur

1 822
Paylaş:
Qazilər Abid Qafarovun həbsi barədə:     Bu adam fars obrazında aktyordur

Xəbər verdiyimiz kimi, “Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “KimTV” “Youtube” kanalının aparıcısı Abid Qafarov qaziləri “müti” adlandıraraq təhqir etdiyi üçün 1 illik həbs cəzasına məhkum olunub. Abid Qafarova qarşı iddia qaldıran qazilər sosial şəbəkələrdə tənqid olunmalarına münasibət bildiriblər.

Qazi Ülfət Həsənov Pravda.az-a açıqlamasında deyib ki, Abid Qafarovu həbs etdirmək məqsədləri olmayıb:

“Biz bunu dəfələrlə vurğuladıq. Dedik ki, üzr istəsin, biz yenidən Abid Qafarovu bağışlayaq. O isə öz bildiyi yolla getdi. Özləri necə məsləhət bildilərsə, məsələ o qaydada da nəticələndi…”

Qazi Qalib Cəfərov isə saytımıza bildirib ki, qazilər Abid Qafarovdan üzr istəməyi tələb ediblər: “Abid nə etdisə, özünə etdi. Ona dedilər, üzr istə, zəng et Qurban Məmmədova videoları silsin. Q.Məmmədov isə dedi ki, mən silə bilmərəm, izləyicilərim var. Siz necə dostsunuz ki, həbsə düşürsən, amma sənə görə bir videonu silmir? Biz qaziyik, sağlamlığını itirmiş adamlarıq. Nəyimizə lazımdır ki, gedib onlarla vuruşaq? Abid dilini sakit saxlayardı. “Müti” deyir. Guya biz yalandan döyüşə getmişik. Onunla şəxsən mən də oturub bir neçə dəfə söhbət etdim. Dedim ki, məsələyə qaziləri qatmasın. “Qazilər” Vətən Müharibəsi İştirakçılarına və Ailələrinə Dəstək İctimai Birliyi həmin o cəmiyyətdir ki, şəhid analarının, qazilərin evinə baş çəkir, öz işini görür, nüfuzu var. Abidin fikri 1 il həbsdə qaldıqdan sonra siyasi məhbusa çevrilib, sonra Azərbaycandan çıxıb getmək idi ki, digərləri kimi xaricdə başlasın “hoqqa” verməyə. Burda günah Abidin özünündür. İndi niyə çıxmır ortaya, niyə hay-küy yoxdur? Bir tərəfdən, bəli, qaziyə qarşı kim güldən ağır söz desə, onun qarşılığı bu olmalıdır. Abid kimdir? Əsgərlik keçməyən, bu barədə anlayışı olmayan biridir. İndi Abidi böyük şəxsiyyətə çeviriblər. Mənə görə o, İranın adamıdır. Belələri ölkədaxili məsələlərdən istifadə edib özünü irəli aparmaq istəyir. Qazilərə artıq-əksik söz deyənin sonu budur. Bizim dərdimiz özümüzə bəsdir…”

Q.Cəfərov deyib ki, Abid Qafarovdan şikayətləri qaziləri təhqir etdiyi üçün olub: ““Tərtər işi”nin məsələyə aidiyyəti yoxdur. Buna qarışmırıq. Abidsə məhkəmənin vaxtını alıb, 1 saat oturub Malayziyadan, Avropadan danışdı. Abid Allahına şükür etsin ki, bu canavarlar gedib onun boynunu sındırmayıblar. “Tərtər hadisəsi” ilə bağlı çoxu mübarizə aparır, tək Abid deyil. Əgər sən qaziləri bir-birinə qarşı qoymaq istəmirdinsə, niyə gecə ilə durub şəhid Polad Həşimovun anasının yanına gedirsən? Məqsəd nə idi? Səmayə anaya deyib ki, qazilər məndən şikayət edib. Qazilərimiz də Səmayə ananın yanına gedib, məsələnin əslini danışdılar. Səmayə ana təəssüf hissi keçirdi. Məhkəmədə isə ancaq qaziləri qıcıqlandırmaqla məşğul idilər. Biz də əsəbi adamlarıq, səbrimizi güclə basdıq. Camaat qazini görəndə ayağa qalxır, yer verir. Sən isə qazini siyasi oyuna atırsan. Yanında gələn “jurnalist”lər də hamısı öyrədilmiş, pulla gətirilmiş adamlar idilər. Biz ora qaziləri yığsaydıq, qabağımızda heç kim dura bilməzdi. “Patı”nı, narkotiki yayanlar elə Abid kimilərdir. Molla rejimi… Cənab Prezident heç bir qazini ortada buraxan deyil. Müharibəyə döyüşüb Vətənimizin, ana-bacımızın qeyrətini çəkməyə getmişdik. Məgər univermağa getmişdik? Abidə nə “Tərtər hadisələri”, nə də qazilər maraqlı deyil. Məhkəmə zalında etdiyi hərəkətlərdən də bu bəlli idi. Bu adam konkret aktyordur. Özü də fars obrazında…”

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər