“Dövlət Yol Polisi ilə bağlı hansısa problem varsa və bu, ictimailəşdirilirsə, ortaya fakt qoyulmalıdır. Məsələn, problem yaşayan şəxsin adı, avtomobilin nömrəsi və s. Bəzən sosial şəbəkələrdə heç bir fakt olmadan məlumatlar paylaşılır, hansısa qanun pozuntusunun olduğu bildirilir. Bu isə məsələnin reallığı ortaya qoyulmamış, yəni araşdırılmadan lüzumsuz fikir formalaşdırır. Təbii, məqsəd adekvat düşüncəsi olan insanlar üçün aydındır. Hamı bunun nə üçün edildiyini bilir. Bir çox hallarda məqsəd inzibati məsuliyyətdən yayınmaq istəyi və ya edilən cərimədən yaranan aqressiyadır. Hər bir işin sivil yolları var. Fakt olmadan hər hansı məsələni araşdıra bilmirik. Kiminsə “belə deyirlər” və ya “mən belə başa düşdüm”, “qanunu bilmirdim” kimi sonrakı qeyri-peşəkar münasibətləri də təəssüf doğurur…”
Bu sözləri Pravda.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.