Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Elman Məmmədov: “Ruslar həmin əski parçasını ya özləri ilə aparacaqlar, ya da...”

1 125
Paylaş:
Elman Məmmədov: “Ruslar həmin əski parçasını ya özləri ilə aparacaqlar, ya da...”

“Xəstə fikirlər dolaşır. Bu da növbəti təxribatdır, xəstə bir xəyalın təxribatı. Bu söz-söhbəti ermənilər də Qarabağda vaxtaşırı qaldırırdılar. İndi də rus sülhməramlıları ilə birlikdə edirlər. Bunlar sülhməramlı deyillər. Sadəcə, Rusiya dövlətinin hərbi kontingentidir, ərazilərimizdə yerləşiblər. Qarabağdakı ermənilərlə də həmrəydirlər, elə eyni fikrə sahibdirlər. İkisi birlikdə o SSR bayrağını qaldırıblar. Guya gələcəkdə Ukrayna məsələsinin müqəddəratının həllindən asılı olaraq yenidən bir ittifaq dövləti yarana bilər. SSRİ-nin bərpası kimi söz-söhbətlər ortaya atırlar. Xəstə xülyalardır. O bayraq da elə bu xəstə xülyaların məhsuludur”.

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elman Məmmədov rus hərbçilərinin Laçında SSR bayrağı qaldırmaları barədə danışarkən deyib.

Deputatın sözlərinə görə, yaxın vaxtlarda Şuşa istiqamətindən çəkilən yeni yol hazır olacaq.

E.Məmmədov əminliklə qeyd edib ki, Şuşa-Laçın yolunun üzərindəki, Laçın rayonunun mərkəzində və digər kəndlərdə olan ermənilər də oradan rədd olub çıxacaqlar: “Onlarla birlikdə həmin rus hərbi kontingenti də rədd olub kənarlaşacaqlar. Həmin əski parçasını da ya özləri ilə aparacaqlar, ya da laçınlılar, Azərbaycan əsgərləri onu oralarda dolaşan sahibsiz qalmış hər hansı dördayaqlının boğazına bağlayıb buraxacaqlar çölə. Bundan başqa nəsə olası deyil. Bu, növbəti təxribat xarakterli bir hərəkətdir. Görürsünüz, özünü necə büruzə verir. Təkcə ermənilərin timsalında yox, eyni zamanda rus hərbçisinin timsalında... Rus hərbçisi o bayrağı gətirib ora asdırıb, ermənilərlə həmrəylik göstərir. Demək istəyir ki, gələcəkdə ermənilərlə birgə bu bayrağın altında olacağıq. O bayrağın altında ola bilərsiniz, ancaq Azərbaycan ərazisində yox! Gedib Rusiyada, ya da Ermənistanda ola bilərsiniz”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər