Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Laçında rus sülhməramlılarının SSRİ bayrağını qaldırmaları təxribatdır, xəbərdarlıq edilməlidir”

1 199
Paylaş:
Deputat: “Laçında rus sülhməramlılarının SSRİ bayrağını qaldırmaları təxribatdır, xəbərdarlıq edilməlidir”

“Laçında rus sülhməramlılarının SSRİ bayrağını qaldırmaları təxribatdır. Əgər belə bir fakt varsa, qəti şəkildə qarşısı alınmalıdır. Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu, mehriban qonşuluq üzərində qurulub. Ona görə də düşünmürəm ki, hansısa mövcud olmayan, tarixin arxivinə qovuşmuş  dövlətin bayrağının qaldırılması rəsmi mövqedir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

“Burada Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması əleyhinə olan, bulanıq suda balıq tutmaq istəyən təxribatçıların izi görünür. İstənilən halda, gələcəkdə belə halların təkrarlanmaması üçün konkret tədbirlər görülməli, sülhməramlılara xəbərdarlıq edilməlidir”, - deputat bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər