“Koronavirus yenidən yayılmağa başlayıb, amma zəifləyib, gücü qalmayıb, yəni öldürücü deyil. Sadəcə, qrip kimi keçir, mənim də başıma gəldi. Adı qrip kimi tutdum, səsim batdı, sonra keçib getdi. Qorxulu deyil”.
Əli Mirəliyev: “Koronavirus qorxulu deyil”
Bunu Pravda.az-a tanınmış müğənni Əli Mirəliyev deyib.
Ə.Mirəliyev qeyd edib ki, Azərbaycanda yenidən qapanmalar olsa, bu, çox mənasız addım olar: “İnanmıram ki, belə qərar qəbul etsinlər. Quru sərhədlərimiz bağlıdır. Ölkədə kim nə istəsə, onu edir. Başım çıxmır, bu, nə deməkdir?! Toy olmasın, restoran işləməsin, maska taxılsın, bunların heç bir mənası yoxdur. Belə bir hal olarsa, koronavirus yox, lap hansı virus olur-olsun qabağını ala bilməyəcəklər”.