Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Adil Əliyev: “Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq etməlidir”

998
Paylaş:
Adil Əliyev: “Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq etməlidir”

“Bakıda səfərdə olan Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri cənab Kazis Strakeviçyusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün görüşdük”.

Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev məlumat verib.

“Görüşdə ölkələrimiz arasındakı münasibətləri, parlamentlərarası əlaqələri, həm ikitərəfli, həmdəki beynəlxalq təşkilatlardakı fəaliyyətlərimizi geniş şəkildə müzakirə etdik. Daha sonra Litva parlamentarilərinə Ermənistanın 30 illik işğalı barədə məlumat verərək, düşmənin bu müddət ərzində beynəlxalq hüququn tələblərini kobudcasına pozmasını, işğal altındakı ərazilərimizdə törətdikləri vəhşilik, vandallıq aktlarını, Ağdamın xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmasını bildirdim. Eyni zamanda Ermənistanın bu vaxta qədər sülh sazişini imzalamadığını, mina xəritələrini ölkəmizə təqdim etmədiyini, bu səbəbdəndə vətəndaşlarımızın minaların qurbanına çevrildiyini qonaqların diqqətinə çatdırdım. Beynəlxalq ictimaiyyətin qeyd olunan məsələlərdə Ermənistana təzyiq etməsinin vacibliyini vurğuladım. Eləcə də, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat verərək, Qarabağın dünyanın ən gözəl guşələrindən birinə çevrildiyini qeyd etdim” – A.Əliyev bildirib.

Paylaş:

Ən son xəbərlər