Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açdı

860
Paylaş:
Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açdı

Səudiyyə Ərəbistanı uçuş qadağasını ləğv etməklə öz hava məkanını rəsmi olaraq İsrailə açıb.

Bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.

Müvafiq qərarın üç qitəni birləşdirən qlobal qovşaq kimi Səudiyyə Ərəbistanın mövqeyinin möhkəmləndirilməsinə və beynəlxalq hava daşımalarının yaxşılaşdırılmasına xidmət edəcəyi vurğulanıb.

Hava məkanının açılması ABŞ Prezidentinin İsrailə səfəri zamanı baş tutub. O, qərarı alqışlayıb.

Paylaş:

Ən son xəbərlər