“Əlbəttə ki, ölkəmizin həm beynəlxalq nüfuzu artır, imkanları artır, gəlirləri artacaq, biznes şəraiti yaxşılaşır. Energetika nəqliyyatla bərabər bundan sonra da bizim üçün əsas sektorlardan biri olacaq”.
Pravda.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, nəqliyyat sahəsində də artım var: “Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30 faiz artım çox böyük artımdır. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq.
Nəqliyyat sektorunda görüləcək işlərlə bağlı hökumətə tapşırıqlar artıq verildi. Bir daha qeyd etmək istəyirəm, bizim gəmiqayırma zavodumuz tam gücü ilə işləməlidir, nə qədər imkanı varsa, o qədər də gəmi, tanker, bərə istehsal etməlidir. Bu zavodun imkanları gərək yenidən araşdırılsın. Mənə verilən məlumata görə, ildə 6 tanker - bərə, yük gəmisi istehsal oluna bilər. Baxmaq lazımdır ehtiyac nə qədərdir, Xəzəryanı ölkələrdə gəmilərin sayı nə qədər artacaq. Qonşu ölkələrlə bu məsələləri müzakirə etməliyik. Ola bilsin, biz qonşu Xəzər ölkələri ilə istehsal olunacaq gəmilərin növləri ilə bağlı hansısa razılığa gələk ki, eyni gəmi növlərini istehsal etməyək. Çünki Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. İndiki şəraitdə biz buna hazırıq. Amma biz Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlamalıyıq, limanı genişləndirməliyik. Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır. Hökumətə də tapşırıq verildi, nə lazımdırsa, onu edəcəyik. Dibdərinləşdirmə işləri də aparılmalıdır. Çünki Xəzərin suyunun səviyyəsi düşür. Ona görə gəmilərin daha sürətlə gedib-gəlməsi üçün yeni kanallar qazılmalıdır. Odur ki, dibdərinləşdirmə işləri də, bunlar da nəzərdə tutulur.
Limanın genişləndirilməsi, yeni gəmilərin inşası, bütün bizim nəqliyyat qurumlarının vahid mexanizm kimi işləməsi. Çünki əvvəllər bu, yox idi, necə deyərlər, hərəsi yorğanı öz tərəfinə dartırdı. İndi gəmiçilik, liman, dəmir yolu bir mexanizm kimi işləməlidir və mən bunu hökumətə tapşırmışam. Baş nazirin rəhbərliyi altında indi müşavirələr keçirilib. Gələn ilin büdcəsi formalaşanda əlbəttə ki, biz bu sahəni xüsusilə nəzərdə saxlamalıyıq. Çünki bu, bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik”.
24 Aprel 21:30
24 Aprel 21:27
24 Aprel 21:04
24 Aprel 20:40
24 Aprel 20:04
24 Aprel 20:01
24 Aprel 19:59
24 Aprel 19:56
24 Aprel 19:54
24 Aprel 19:21
24 Aprel 19:19
24 Aprel 18:49
24 Aprel 18:46
24 Aprel 18:45
24 Aprel 18:43
24 Aprel 18:41
24 Aprel 18:39
24 Aprel 18:33
24 Aprel 18:31
24 Aprel 18:29
24 Aprel 18:26
24 Aprel 17:44
24 Aprel 17:32
24 Aprel 17:10
24 Aprel 16:49
24 Aprel 16:44
24 Aprel 16:41
24 Aprel 16:39
24 Aprel 16:32
24 Aprel 16:27
24 Aprel 16:18
24 Aprel 16:04
24 Aprel 15:44
24 Aprel 15:38
24 Aprel 14:59
24 Aprel 14:57
24 Aprel 14:56
24 Aprel 14:55
24 Aprel 14:54
24 Aprel 14:51
24 Aprel 14:29
24 Aprel 14:27
24 Aprel 14:24
24 Aprel 14:23
24 Aprel 14:21
24 Aprel 14:17
24 Aprel 14:10
24 Aprel 14:08
24 Aprel 14:06
24 Aprel 14:04
24 Aprel 14:03
24 Aprel 14:01
24 Aprel 14:00
24 Aprel 13:59
24 Aprel 13:56
24 Aprel 13:43
24 Aprel 13:37
24 Aprel 13:26
24 Aprel 13:19
24 Aprel 13:10
24 Aprel 13:08
24 Aprel 13:02
24 Aprel 12:43
24 Aprel 12:40
24 Aprel 12:35
24 Aprel 12:17
24 Aprel 12:14
24 Aprel 12:11
24 Aprel 12:10
24 Aprel 12:08
24 Aprel 11:49
24 Aprel 11:41
24 Aprel 11:37
24 Aprel 11:25
24 Aprel 11:23
24 Aprel 11:21
24 Aprel 11:19
24 Aprel 11:04
24 Aprel 11:02
24 Aprel 10:56
24 Aprel 10:20
24 Aprel 10:18
24 Aprel 10:16
24 Aprel 09:44
24 Aprel 09:30
24 Aprel 09:20
24 Aprel 09:19
24 Aprel 09:18
24 Aprel 09:15
24 Aprel 08:42
24 Aprel 08:36
24 Aprel 08:34
24 Aprel 08:33
24 Aprel 08:32
24 Aprel 08:30
24 Aprel 08:27
24 Aprel 08:24
24 Aprel 08:20
24 Aprel 08:16
24 Aprel 08:12
24 Aprel 08:09
24 Aprel 08:08
24 Aprel 08:04
24 Aprel 08:03
24 Aprel 08:01
24 Aprel 07:29
24 Aprel 07:27
24 Aprel 07:26
24 Aprel 04:33
24 Aprel 04:31
24 Aprel 04:30
24 Aprel 04:28
24 Aprel 04:24
23 Aprel 23:56
23 Aprel 23:49
23 Aprel 23:27
23 Aprel 23:23
23 Aprel 23:11
23 Aprel 23:05
23 Aprel 23:00
23 Aprel 22:52
23 Aprel 20:10
23 Aprel 20:08
23 Aprel 20:07
23 Aprel 20:06
23 Aprel 20:04
23 Aprel 20:02
23 Aprel 19:59
23 Aprel 19:57
23 Aprel 19:46
23 Aprel 19:42
23 Aprel 19:06
23 Aprel 19:05
23 Aprel 19:03
23 Aprel 18:58
23 Aprel 18:57
23 Aprel 18:53
23 Aprel 18:51
23 Aprel 18:49
23 Aprel 18:23
23 Aprel 18:10
23 Aprel 18:01
23 Aprel 18:00
23 Aprel 17:59
23 Aprel 17:56
23 Aprel 17:54
23 Aprel 17:52
23 Aprel 17:49
23 Aprel 17:47
23 Aprel 17:40
Ən son xəbərləri səhifəmizdən də izləyin