Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi 17-si axşamdan 21-i gündüzədək 15-18 m/s, arabir 20-23 m/s, 20-21-də yarımadanın bəzi yerlərində arabir 25 m/s olacaq.