Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Gürcüstanın Baş naziri Ermənistan XİN başçısı ilə görüşüb

803
Paylaş:
Gürcüstanın Baş naziri Ermənistan XİN başçısı ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Görüşün əsas mövzusu Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə keçiriləcək görüşü olub.

İ.Qaribaşvili tərəflər arasında gələcəkdə dialoqun müsbət dinamikasının inkişafının vacibliyini qeyd edib.

Görüşdə bölgədə sülh təşəbbüsü və onun regional münasibətlərin normallaşdırılmasındakı rolu müzakirə olunub.

Tərəflər həmçinin Gürcüstan və Ermənistan arasında mövcud və gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı Cənubi Qafqazda vəziyyət də nəzərdən keçirilib, tərəflər problemlərin həlli üçün birgə səylərin səfərbər olunmasının önəmini vurğulayıblar.

Report

Paylaş:

Ən son xəbərlər