Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 151 yeni yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.