Son günlər dünya neft bazarıdna neftin qiymətinin ciddi şəkildə ucuzlaşması müşahidə edilir.
Bəs bu proses qeyri-neft sektorunun inkişafını son illər diqqət mərkəzində saxlayan Azərbaycanda bu prosesin daha da sürətlənməsinə səbəb ola bilərmi?
Son günlər dünya neft bazarıdna neftin qiymətinin ciddi şəkildə ucuzlaşması müşahidə edilir.
Bəs bu proses qeyri-neft sektorunun inkişafını son illər diqqət mərkəzində saxlayan Azərbaycanda bu prosesin daha da sürətlənməsinə səbəb ola bilərmi?
Pravda.az-ın xəbərinə görə, deputat, iqtisadçı alim Vüqar Bayramov neft asılılığını aradan qaldırmağın zəruri olduğunu vurğuladı: “Neft bazarındakı son hadisələr təbii ki, qeyri-neft sektorunu inkişaf etdirməyin önəmini bir kəs daha ortaya qoydu. Bu proseslər göstərdi ki, qeyri-neft sektorunu mərhələli surətdə inkişaf etdirməli, habelə, neft asılılığını mərhələli şəkildə azaltmalıyıq.
Ixracatda neftin payının azaldılmasına ehtiyac var. Ixracatın ümumi dəyərini saxlamaqla, qeyri-neft sektorunun payının artırılması vacibdir. Xüsusilə də, növbəti mərhələdə ixracatda neft sektorunun payını 50%-ə qədər azaltmaq əsas məqsəd olmalıdır. Çalışmaq lazımdır ki, ixrac nəticəsində ölkəyə daxil olan valyutanın yarısı qeyri-neft sektorunun payına düşsün. Bu, strateji yanaşmadır və zaman tələb edir.
Neft bazarında baş verən son hadisələr qeyri-neft sektorunun inkişafı prosesini sürətləndirmək üçün zəmin yaradır. Baş nazirin rəhbərliyi ilə Nazirlər Kabinetinin yığılması, neftin qiymətinin aşağı düşməsinə çevik reaksiyanın verilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, bundan sonra da qeyri-neft sektorunun payının artırılması üçün sistemli fəaliyyətə ehtiyac var. Hədəf mümkün qədər qısa zamanda neftdən asılılıqdan xilas olmaq olmalıdır”.Moderator.az