Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Azərbaycanda qadın qızının sinif yoldaşının anasını döydü

1 129
Paylaş:
Azərbaycanda qadın qızının sinif yoldaşının anasını döydü

Abşeron rayonunda küçədə qadın qızının sinif yoldaşının anasını döyərək burnunu sındırıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Abşeron Rayon Məhkəməsində elna olunub.

Bildirilib ki, hadisə Novxanı kəndində qeydə alınıb.

Belə ki, Leyla Quliyeva (ad, soyadı şərti) günorta saatlarında məktəbdən qayıdan zaman qzı Səbinənin (ad, soyadı şərti) sinif yoldaşı Səmanın (ad, soyadı şərti) anası Günay Səlimova (ad, soyadı şərti) ilə qarşılaşıb. Günay Salahova Leylaya deyib ki, Səbinə qızı Səmanı məktəbdə incidir. Bu səbəbdən qadınlar arasında mübahisə düşüb. Daha sonra mübahisə qarşılıqlı olaraq dala-dalaşla nəticələnib. Baş vermiş dava-dalaş zamanı Leyla Quliyeva Günay Salahovanın sifət nahiyəsinə yumruq zərbəsi vurub. Nəticədə Leyla Günaya burun üstü nahiyəsinin əzilmiş yarası, burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sol alt göz qapağı nahiyəsinin qançırından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib.

Məhkəmə baxışında Leyla Quliyeva ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, hadisə günü saat 12 radələrində məktəbdən qayıdan zaman yolda qızı Səbinənin sinif yoldaşı Səmanın anası Günayla ilə rastlaşıb:

“Bu zaman Günay mənə yaxılaşaraq qızımın onun qzı Səma ilə yola getmədiyini söylədi və iradını bildirdi. Mən isə ona axşam birlikdə məktəbə gedib müəllimənin iştirakı ilə məsələni həll etməyi təklif etdim. Lakin Günay məni təhqir edərək əlləri ilə boğazımdan tutub boğmağa başladı. Mən isə yumruqla onun burun nahiyyəsinə bir dəfə zərbə endirdim. Bundan sonra biz qarşılıqlı olaraq bir-birimizin saçından yapışıb yolmağa başladıq. Daha sonra Günay məni itələdi. Nəticədə belim yol kənarındakı qaz borusuna, başım isə divara dəydi. Həmin vaxt biz yanımda olan baldızım və yoldan keçən bir nəfər tanımadığım şəxs ayırdı”.

Leyla Quliyeva ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, işin icraatına xitam verilməsini xahiş edib.

Günay Salahova dindirilərkən təqsirləndirilən şəxs tərəfindən küçədə söyüldüyünü, Novxanı kəndində yerləşən Poliklinikaya müraciət etdiyini söyləyib.

Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, işin icraatına xitam verilməsini istəyib.

Məhhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Leyla Quliyeva cinayət məsuliyyətindən azad edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər