Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Qurban kəsməyi pisləyən professor işindən qovuldu

1 448
Paylaş:
Qurban kəsməyi pisləyən professor işindən qovuldu

Türkiyəli professor Ataol Behramoğlu Qurban bayramı ilə bağlı sözlərinə görə işindən qovulub.

Dediyi sözlər səbəbilə onun 10 ildən artıq çalışdığı İstanbul Aydın Universitetində akademik vəzifəsinə xitam verilib. Behramoğlu təzyiq altında işinə son qoyulduğunu açıqlayıb:

"Bir kreslom vardı, əlimdən alındı. Bu problemlər hələ də hər mənada davam edir". Halk TV-də Serhan Askerin verilişinin qonağı olan Behramoğlu "Mən akademikəm. Rus dili və ədəbiyyatı üzrə professor olduğumu çox az adam bilir. Təqaüdçüyəm, indi özəl universitetlərdə işimi davam etdirirəm. Basqı edilərək işimə son verdilər",- deyib.

Qeyd edək ki, Halk TV-də qonaq olan Ataol Behramoğlu Qurban bayramı ilə bağlı "İnsanın içində hansı canavar yaşamalıdır ki, quzu kəsib öldürsün? Canlı kəsməklə bayram olmaz",- deyib.

Behramoğlunun qurban ibadəti ilə bağlı dediyi sözlər böyük əks-səda doğurub.

Cebhe.info

Paylaş:

Ən son xəbərlər