Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə arvadını bıçaqlamaq təqsirləndirilən Faiq Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Arvadını bıçaqlayan FHN-in keçmiş əməkdaşına hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə arvadını bıçaqlamaq təqsirləndirilən Faiq Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd: Hadisə 30 yanvar 2022-ci il tarixdə saat 12:00 radələrində Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən evdə baş verib.
Belə ki, rayon sakini, 1978-ci il təvəllüdlü Faiq Süleymanov sərxoş vəziyyətdə qeyri-rəsmi birlikdə kirayədə yaşadığı nömrəsiz evdə Zülfiyyə Zülfüqarovanı münaqişə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə baxışı zamanı Faiq Süleymanov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, ilk dəfə 2005-ci ildə ailə qurmuş, ancaq həmin nikahdan uşağı olmadığına görə ondan ayrılıb: “2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhərində yerləşən Xidmətində işləmişəm. Həmin vaxt iş yoldaşımın baldızı Zülfiyyə ilə tanış oldum. Elə həmin il onunla ailə qurduq. Lakin Zülfiyyə ilə aramızda rəsmi şəkildə nikah bağlanmadı. İki uşağımız var. Ailə qurduqdan sonra bir müddət Sumqayıt şəhərində yaşasaq da, sonradan Bərdə şəhərinə gəlib burada yaşamağa başladıq.

Arabir spirtli içki qəbul edirdim, sərxoş vəziyyətdə olduğum vaxtlarda tez-tez Zülfiyyə ilə aramızda mübahisə yaranırdı. Ancaq hadisədən əvvəlki son 1 həftə ərzində müntəzəm şəkildə spirtli içki içirdim.
30 yanvar 2022-ci il tarixdə saat 08:00 radələrində Bərdə şəhərində yerləşən kafelərdən birinə gedib xaş sifariş verdim və aldığım 0,7 litr həcmində butulkadakı spirtli içki olan arağın hamısını içdim. Həmin gün saat 12:00 radələrində “Təzə bazar” deyilən yerə gedib düyü və oğlum üçün ingilis dili kitabı, həmçinin “Fanta” butulkasında nar turşusu və 3 kiloqram həcmindəki şüşə bankada gavalı mürəbbəsi alıb yaşadığım evə getdim. Evin mətbəxinə keçib aldıqlarımı yerbəyer edən zaman Zülfiyyə mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Zülfiyyə sərxoş vəziyyətdə olduğumu hiss edib nə üçün spirtli içki içdiyini soruşdu, məndən hansı səbəbə krediti ödəmədiyimi öyrənmək istədi, bir daha spirtli içki içməyəcəyimə söz verdiyimi və alıb gətirdiklərimi yeməyəcəyini söylədi. Həmin vaxt əsəbiləşərək mətbəxdə masanın üzərindən götürdüyüm bıçaqla oradan çıxmağa hazırlaşan Zülfiyyənin kürək nahiyəsinə qəsdən 2 dəfə zərbə endirdim. Bundan sonra hadisəni törətdiyim bıçağı götürərək evdən çıxdım. Zülfiyyəyə xəsarət yetirən zaman azyaşlı uşaqlarım evin həyətində oynayırdılar”.
Qeyd edib ki, hazırda zərərçəkmiş şəxslə barışıb, arvadına səhhəti ilə əlaqədar dəymiş zərəri ödəyib: “Zülfiyyənin mənə qarşı heç bir şikayət və tələbi yoxdur”.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd: Hadisə 30 yanvar 2022-ci il tarixdə saat 12:00 radələrində Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən evdə baş verib.

Belə ki, rayon sakini, 1978-ci il təvəllüdlü Faiq Süleymanov sərxoş vəziyyətdə qeyri-rəsmi birlikdə kirayədə yaşadığı nömrəsiz evdə Zülfiyyə Zülfüqarovanı münaqişə zəminində bıçaqlayıb.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Kamal Məmmədov