BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə ordusunun daha bir hərbçisi terrorçuların açdığı atəş nəticəsində həlak olub

Türkiyə ordusunun daha bir hərbçisi İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında həlak olub.

 

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbçi terrorçuların açdığı atəş nəticəsində həlak olub.

 

Nazirlik hərbçinin ölümü ilə bağlı Türkiyə xalqına başsağlığı verib, səbir diləyib.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə ordusunun digər hərbçisi İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada yaralanıb. Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Report

Tarix: 17 İyul 2022, 22:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin