"Açığı, Qənimət Zahidin "Azərbaycan saatı" verilişinə ilk dəfə idi ki, əvvəldan sonadək baxdım. Səbəbi də o oldu ki, Azərbaycanın müstəqilliyinin şəriksiz müəllifi AXC-nin yaranışının 33 illiyində Qənimət Zahidin efirdə qonağı hansısa AXCP funksioneri yox, Güləkin Hacıbəyli idi".
Bu sözləri AXC iqtidarı dövründə Dövlət katibi Pənah Hüseynin köməkçisi, Əbülfəz Elçibəyin sədrlik etdiyi Bütöv Azərbaycan Birliyininin katibi olmuş Elçin Paşayev özünə məxsus Facebook səhifəsində yazıb. O, statusuna belə davam edib:
"Yotubda görəndə belə bir maraq yarandı və verlişə sona qədər baxdım. Və onun ictimai-siyasi xadim kimi, Milli Şura adlanan qurumun sözçülərindən biri kimi elə keyfiyyətlərini gördüm ki, 1992-ci ildə Asim Mollazadənin Prezident aparatında peyda olub, hakimiyyət dəyişəndən sonra AXC sədrinin müavinliyinə təyin edilməsi düşdü. Asimin məsələsi tamam başqa mövzudur deyə, onu saxlayaq sonraya. Keçək Gültəkin Hacıbəylinin çıxışının bəzi məqamlarına. İlk 10 dəqiqədə AXC-nin rolundan bəhs edən xanım müsahib AXC-nin yaranmasını, hərəkatın möhtəşəmliyini vəsf edir, onun yaradıcısı, lideri Əbülfəz Elçibəyi hörmətlə anır, arada çaşıb "Məhəmməd Əmin" demək istəyir və dərhal birinci hecadan sonra özünə düzəliş edərək Elçibəyin adını çəkir (8-33 saniyədə).