Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

İntihar edən qazinin qardaşı videonu çəkən şəxsdən danışdı: “Dedim ki, burda olma, evə get...”

1 352
Paylaş:
İntihar edən qazinin qardaşı videonu çəkən şəxsdən danışdı:         “Dedim ki, burda olma, evə get...”

Özünü yandıraraq intihar edən Vətən Müharibəsi qazisi Elvin Cəfərovun intiharından əvvəl videosunu çəkən şəxsin qazi Səfər İlham oğlu Hüseynov olduğu bildirilir.

Elvin Cəfərovun qardaşı Elnur Cəfərov Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ ilə aidiyyəti qurumlar məşğul olur: “Mən əvvəldən videonu kimin çəkdiyi barədə soruşub öyrəndim. Səfər Hüseynov dedi ki, mən çəkmişəm. O, bunu deyəndə heç nə demədim. İki yas burda oldu. Yasın 3-cü günündə dedim ki, burda olma, evə get. Ondan başqa heç nə deməmişəm. Sonra da aidiyyəti üzrə çağrılıb, Səfər Hüseynovdan bu barədə izahat da alınıb, sorğu-sual olunub. Bu gün qardaşımın yeddi mərasimidir, başımız qarışıqdır. Mərasim bitəndən sonra, çox güman ki, sabah Allahın izni ilə məni də aidiyyəti qurumlar çağıracaq. Özüm də onlarla görüşəcəyəm”.

E.Cəfərov Elvin Cəfərovun intihardan əvvəl təqvimdə 9-10 iyul tarixlərini işarələməsi barədə də danışıb: “9-10 iyulda Qurban bayramı oldu. Bəlkə də, qardaşım təqvimdə həmin tarixləri ona görə qaralamışdı. Ya da 9-u kimləsə görüşəcəkdi, deyib ki, görüş alınmasa, ayın 10-u nəsə edərəm. Tam bu barədə məlumat bilmirəm. Ona görə dəqiq nəsə deməyə çətinlik çəkirəm. Qardaşım haqq dünyasındadır. Dövlətimizdən istəyirik ki, səbəbkarlar cəzalarını alsınlar. Qardaşıma da şəhid statusu verilsin. İstəyimiz budur. Çünki şəhidlərimizə verilən “Vətən uğrunda” medalı qardaşıma sağkən verilib...”

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər